Rəşad Sadiqov UEFA-ya müraciət edəcək
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov UEFA-ya müraciət ünvanlayacaq. Azerisport.az xəbər verir ki, bir müddət öncə qitənin ali futbol qurumu Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardiri kimi "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldonun adını çəkmişdi.
Braziliyalı futbolçunun hesabında yeddi qol var. Amma Rəşad Sadiqovun da hesabında eyni sayda qol var. Sadəcə, "Neftçi"nin sabiq kapitanının həmin dövrdə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kipr APOEL-inə qarşı cavab oyununda vurduğu qol onun yox, Cavid İmamverdiyevin adına yazılıb. Halbuki, epizodun təkrarına baxdıqda da qolu məhz Rəşadın vurduğunu görmək olur.
Həmin qola aşağıdakı videoda baxmaq olar.
UEFA həmin qolu İmamverdiyevin yox, Sadiqovun adına yazsa, o zaman Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardiri İmamverdiyev yox, o olacaq.
Rəşad saytımıza açıqlamasında məsələ ilə bağlı bunları söyləyib: "UEFA-ya müraciət edəcəyəm. Əlbəttə, Cavid də bunun əleyhinə olmaz. O da gözəl başa düşür ki, həmin qolu mən vurmuşdum".
