9 yanvar 2015 15:30
Yığma komandamız belə məşq edir
Xəbər verdiyimiz kimi, güləş üzrə yığma komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayıb. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışındadır.
Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.
