9 dekabr 2014 19:00
Bakcell Arenada seminar keçirildi
"Bakcell Arena"da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, UEFA-nın mətbuat üzrə nümayəndəsi Yulia Zenkoviçin rəhbərliyi ilə keçirilən məşğələlərdə Topaz Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak edib.
