11 oktyabr 2014 14:30
Elxan Məmmədov Fotqsun tərcüməçisini hovuza düşürdü
Futbol üzrə Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyundan sonra bu gün bərpaedici məşqə çıxıb. Azerisport.az xəbər verir ki, millimizin üzvləri hovuzda çimərkən baş məşqçi Berti Foqtsun tərcüməçisi Aydın Rüstəmovla AFFA-nın baş katibi Elxan Məmmədov arasında toqquşma olub. Daha doğrusu, hovuzun kənarında dayanmış Rüstəmova yaxınlaşan Məmmədov onu itələyərək suya salıb.
