5 oktyabr 2014 00:35
Flavinyo da Neftçidən ayrı düşdü
“Neftçi” Premyer Liqanın 8-ci turunda “Sumqayıt”la keçiriləcək oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün klubun bazasındakı meydanda baş tutan məşqdə milli komandaların heyətinə cəlb olunmuş futbolçularla yanaşı, Flavinyo da iştirak etməyib.
Kapitan zədəsini müalicə etdirmək üçün İtaliyaya yollanıb. Braziliyalı yarımmüdafiəçi orada şəxsi həkiminin nəzarəti altında müalicə olunacaq.
“Neftçi”nin məşqindən hazırlanmış videoreportajı təqdim edirik:
