28 sentyabr 2014 00:25
Neftçi hakimlərin kobud səhvlərini göstərdi
"Neftçi" klub saytı vasitəsilə bəyanat və videoçarx yayımlayıb. Azerisport.az sizi həmin bəyanatla tanış edir:
"Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Neftçi” - “Qarabağ” oyununda hakimlər nəticəyə təsir edən səhvlərlə yadda qalıblar. Nəticəyə birbaşa təsir edən epizodlardan ikisinin video görüntüsünü təqdim edirik. İlk epizodda rəqib futbolçu Reynaldo Silva yan xətt hakiminin gözü qarşısında yarımmüdafiəçimiz Erik Ramosu arxadan ayağı ilə vursa da, baş hakim ona qırmızı vərəqə əvəzinə sarı vərəqə göstərib. İkinci epizodda isə hakim “Neftçi”nin qapısına penalti zərbəsi təyin edib. Halbuki müdafiəçimiz Karlos Kardoso topu uzaqlaşdırarkən rəqib futbolçu Reynaldo Silvaya qarşı heç bir qayda pozuntusuna yol verməmişdi".
