20 avqust 2014 00:45
Stamenkoviç Serbiyada isti qarşılandı
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç vətəni Serbiyada isti qarşılanıb. Azerisport.az xəbər verir ki, ötən gün komandamız məhz Stamenkoviçin əvvəllər şərəfini qoruduğu "Crvena Zvezda"nın ehtiyat meydanında məşq edib.
O, keçmiş komandasının bazasında isti münasibətlə rastlaşıb.
Qeyd edək ki, "Crvena Zvezda" "Neftçi"nin rəqibi "Partizan"ın əzəli "düşməni"di.
