17 iyul 2014 19:22
AFFA jurnalistlərin peşə bayramını təbrik etdi
Bu gün AFFA-nın inzibati binasında mətbuat nümayəndələrinin iştirakı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Azerisport.az xəbər verir ki, baş katib Elxan Məmmədov Kütləvi İnformasiya Vasitələri nümayəndələrini AFFA-nın rəhbərliyi adından peşə bayramı münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
