27 iyun 2014 11:21
Elvin Məmmədov: Sevinirəm ki, yenidən İnterdəyəm
"İnter"in Avstriyanın Lutzmannsburq qəsəbəsindəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, bu arada "bankirlər"in yeni transferi Elvin Məmmədov "İnter"in klub televiziyasına müsahibə verib. Öz müsahibəsində futbolçu "İnter"ə qayıdışı və təlim-məşq toplanışı haqqında danışıb, Avropa Liqasının püşkatma mərasimini və komandamızın bu turnirdəki şanslarını dəyərləndirib.
