21 iyun 2014 22:40
Matiya Şpiçiç: Avroliqaya çox ciddi hazırlaşırıq
Məlum olduğu kimi, "İnter" hazırda Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, "bankirlər"in hücumçusu Matiya Şpiçiç bir neçə gün əvvəl klub televiziyasına müsahibə verib.
Öz müsahibəsində futbolçu təlim-məşq toplanışı haqqında danışıb, Avstriyada baş tutacaq yoxlama matçlarına toxunub, komandasının Avropa Liqasındakı şansları dəyərləndirib və digər sualları cavablandırıb.
