20 iyun 2014 00:23
Neftçi məşqi tamamlaya bilmədi
"Neftçi"nin Türkiyədəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu ötən gün Boluda növbəti məşqinə çıxıb.
Amma "ağ-qaralar" bu məşqi sona çatdıra bilməyib. Belə ki, Boluya yağan güclü yağış Böyükağa Hacıyevin məşqi nəzərdə tutulandan tez başa vurmasına səbəb olub.
