9 iyun 2014 00:10
Bakının 2 sabiq oyunçusu bir süjetdə
Vadim Borets və Aleksey Savinov daim “Bakı”nın sadiq fanatlarının xatirəsindədi. Azerisport.az xəbər verir ki, bir vaxtlar “Bakı”nın heyətində uğurlu mövsümlər keçirən bu iki moldovalı futbolçu klubun tarixinə düşməyi bacarıblar.
Onlar komandanın tarixində ən vacib qələbələrin iştirakçıları olublar. Hazırda hər ikisi Moldovada məşqçilik karyerasına başlasa da, Azərbaycanda keçirdikləri günləri unutmurlar.
"FC Baku TV"-nin adıçəkilən futbolçular haqda Moldovadan hazırladığı videomaterialı sizə təqdim edirik.
