30 may 2014 00:01
Qəbələ Kubokunun açılış mərasimi
3-cü Qəbələ Kubokunun qrup mərhələsinin ilk oyunlarının ardından - günün ikinci yarısında turnirin açılış mərasimi baş tutdu. Azerisport.az xəbər verir ki, açılış nitqi ilə turnir iştirakçılarını salamlayan "Qəbələ" İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov iştirakçılara Qəbələ Kubokunun önəmindən bəhs edib və onlara uğurlar arzulayıb.
Mərasimin ardından "Qəbələ" - "Fənərbağça" (0:3) matçı keçirilib.
