Eybeger İrlandiyanı belə fəth etdi
İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşünün 6-cı mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün daha bir qələbə ilə yadda qalıb. Azerisport.az xəbər verir ki, 36 kollektivin iştirak etdiyi yarışın 167.9 km-lik bu mərhələsi “Synergy Baku”nun üzvü Markus Eybegerin finiş xəttini birinci keçməsilə əlamətdar olub.
Ötən ay Fransada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour de Bretagne” yürüşünün 4-cü mərhələsinin də qalibi olan Eybeger cari mövsüm “Synergy Baku” heyətində 2-ci qalibiyyətinə imza atıb - velosipedçimiz 4 saat, 15 dəqiqə, 11 saniyə nəticə ilə starta çıxan 129 iştirakçı arasında mərhələ qalibiyyətinin sevincini yaşayıb. O finiş xəttini 2-ci keçən velosipedçini düz 6 saniyə qabaqlayıb.
