14 may 2014 00:20
İsrafilov Mursiyanın uğuruna töhfəsini verdi
Məlumat verdiyimiz kimi, futbol üzrə İspaniya Sequnda Liqasında 38-ci turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Real Mursiya"nın doğma meydanda "Mirandes"lə qarşılaşıb 5:0 hesabı ilə qələbə qazandığı oyunda Eddi start heyətdə meydana çıxıb, 90 dəqiqə mübarizə aparıb və komandasının üçüncü qolunu vurub.
Azerisport.az xəbər həmin oyunun videoicmalını diqqətinizə çatdırır.
