8 may 2014 00:36
Rafael Ağayev əməliyyatdan sonrakı durumu haqda danışdı
Dəfələrlə dünya və Avropa çempionu olmuş Rafael Ağayev federasiyanın rəsmi saytına son durumu ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, 1-4 may tarixlərində Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatından bir neçə gün əvvəl dizindən növbəti dəfə əməliyyat olunan "Dünya karatesinin briliyantı" hazırda vəziyyətinin yaxşı olduğunu və bərpa dövrünü keçdiyini bildirib.
