17 aprel 2014 14:50
Neftçi - Rəvan matçında mübahisəli epizod
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilmiş "Neftçi" - "Rəvan" matçının 61-ci dəqiqəsində Ernest Nfora qarşı cərimə meydançası daxilində aşkar kobudluq edilib. Azerisport.az xəbər verir ki, matçın baş hakimi Rauf Cabbarov isə bu epizodda oyunu davam etdirir.
Lakin "Neftçi" tərəfi bu qərardan narazıdı. Klubun saytı hətta həmin epizodun videosunu da yayımlayıb.
