17 mart 2014 18:10
Məmmədov Boukraranı belə yendi
Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirib. Azerisport.az xəbər verir ki, Almaniyanın Şenberq şəhərində baş tutan reytinq xarakterli döyüşdə boksçumuzun rəqibi mərakeşli Samir Boukrara olub.
Cəmi 2 raund sürən döyüş Fariz Məmmədovun parlaq qələbəsi ilə yekunlaşıb. Boksçumuzdan 2-ci raundun əvvəlində agır zərbə alan Boukrara döyüşü davam etdirə bilməyib və nokaut qeydə alınıb. Sözügedən döyüşün videoyazısını sizlərə təqdim edirik: