7 mart 2014 12:12
Vaqif Cavadov: İnter hər zaman iddialı olub
"İnter"in kapitanı Vaqif Cavadov klub televiziyasına müsahibə verib. Azerisport.az xəbər verir ki, hücumçu müsahibəsində iki gün əvvəl baş tutmuş Azərbaycan - Filippin yoldaşlıq matçı haqqında danışıb, AÇ-2016-nın seçmə mərhələsində komandamızın düşdüyü qrupu dəyərləndirib, növbəti turda keçiriləcək "Sumqayıt"la qarşılaşma haqqında öz fikirlərini bildirib və digər sualları cavablayıb.
