6 mart 2014 16:44
Millimiz Finlandiyaya da uduzdu
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Latviyada təşkil olunmuş "Federasiya kuboku" turnirində Finlandiya yığması ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, futbolçularımız 2:3 hesabı ilə məğlub olublar.
Matça ilk qolu futbolçularımız vursa da, hesabı qoruya bilməyiblər. Komandamızın hər 2 qolunu Elnur Cəfərov vurub.
Qeyd edək ki, bundan əvvəlki matçda millimiz Ukraynaya 1:2 hesabı ilə məğlub olmuşdu. Bu nəticələrdən sonra millimiz turnirdə sonuncu olub.
