1 mart 2014 13:33
Neftçi yenə car çəkib, haray saldı
“Neftçi” “Qarabağ”a qarşı TPL-in 24-cü turu çərçivəsində keçirilmiş oyun zamanı baş vermiş mübahisəli məqamlardan ibarət videoçarxı təqdim edib. Azerisport.az materialı diqqətinizə çatdırır.
“Flaqman”ın nöqteyi-nəzərinə görə, oyunun baş hakimi Vüsal Əliyev “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanı iki məqamda meydandan qovmalı, Baxodir Nasimovun yerə sərilməsinə görə penalti təyin etməli və Araz Abdullayevə qırmızı vərəqə göstərməməli idi.
