24 fevral 2014 16:28
Pantiç və yetirmələri Xocalı faciəsinin qurbanlarını yad etdilər
"Bakı"nın üzvləri Xocalı soyqırımını yad ediblər. Azerisport.az xəbər verir ki, komandanın üzvləri, futbolçular Rauf Əliyev, Cavid Hüseynov, Elvin Məmmədov, Nurlan Novruzov, Şəhriyar Əliyev, Namiq Ələsgərov, Vüqar Mustafayev, eyni zamanda baş məşqçi Milinko Pantiçin iştirakı ilə "Biz unutmadıq" adlı qısa videoçarx hazırlayan paytaxt klubu, Xocalı soyqırımı zamanı baş vermiş erməni vəhşiliyini faktlarla xatırladıb.
Videoçarxı təqdim edirik:
