27 yanvar 2014 14:33
İsrafilov Malyorkaya qol vurdu
İspaniyada Sequndanın 23-cü tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun şərəfini qoruduğu “Real Mursiya” doğma meydanda “Malyorka”nı qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, meydanda 85 dəqiqə mübarizə aparmış İsrafilov komandasının ikinci qolunu vurub.
Hazırda “Real Mursiya” 30 xalla 12-ci pillədə qərarlaşıb.
