26 yanvar 2014 12:10
Millimizin üzvləri alman klubuna belə qələbə gətirdi (VİDEO)
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçuları Toğrul Eratla Eren Taşkının çıxış etdiyi Almaniyanın "Fortuna" klubu İspaniyanın La-Manqa bölgəsində hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Düsseldorf təmsilçisi ilk yoxlama oyununu keçirib.
İkinci Bundesliqa təmsilçisinin rəqibi Perunun "Alyansa" klubu olub. İlk yarısı qolsuz bərabərliklə tamamlanan matç 2:1 hesabı ilə "Fortuna"nın xeyrinə başa çatıb. Hesabı 54-cü dəqiqədə Peru təmsmlçisi açıb. 46-cı dəqiqədə meydana çıxan Toğrul 76-cı dəqiqədə bərabərliyi təmin edib. 69-cu dəqiqədə oyuna qoşulan Eren isə 78-ci dəqiqədə qələbə qoluna imza atıb.
