20 yanvar 2014 16:00
Böyükağa Hacıyev hər kəsi 20 yanvar qurbanlarının xatirəsini yad etməyə səslədi
“Neftçi”nin Antalya toplanışı çərçivəsində bu gün keçirilmiş məşqi 1990-cı il 20 yanvar qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, “Flaqman”ın baş məşqçisi Böyükağa Hacıyev milli mənsubiyyətindən asılı olmayaraq, bütün komanda heyətini faciə qurbanlarının xatirəsinə ehtiram göstərməyə səsləyib.
