18 yanvar 2014 11:00
"Çalışacam ki, millidə və XL-də çoxlu qollara imza atım"
Beynəlxalq arenalarda "Xəzər Lənkəran" akademiyasını layiqincə təmsil edən gənc forvard Elnur Cəfərov klub televiziyasına müsahibəsində 2013-cü ildə milli komandada nail olduğu irəliləyişdən, Valentin Qranatkinin xatirə turnirində uğurlu çıxışından və komandasının hazırlığından söz açıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
