12 yanvar 2014 00:50
Levon Aronyan: Çox kədərliyəm
Erməni qrossmeyster Levon Aronyan azərbaycanlı qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatı ilə bağlı başsağlığı verib. Azerisport.az xəbər verir ki, Aronyan bunları söyləyib:
“Çox kədərli xəbərdir. Azərbaycanlı oyunçulardan bilirdim ki, Vüqarın səhhəti ilə bağlı ciddi problemləri var. Ancaq bu yaşda belə istedadlı şahmatçı həyatdan gedirsə, bu, çox acıdır. Mən çox kədərliyəm”.
(Chess-news.ru)
