30 iyun 2011 11:32
Ölkə prezidenti turnikdə dartındı (VİDEO)
Xəbər verdiyimiz kimi, dünən Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışı olub. Azerisport.az xəbər verir ki, açılış mərasimi maraqlı görüntülərlə yadda qalıb. Belə ki, mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev turnikdə dartınıb. Bu il 50 yaşını qeyd edəcək dövlət başçısı idman geyimində omasa da, formada olduğunu nümayiş etdirib. O, simvolik olaraq turnikdə 10 dəfə dartınıb.
