17 iyun 2016 12:40

"Gimnastlarımız AÇ-yə tam hazırdır"

Bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilevna azərisport.az-a açıqlamasında bu gün İsraildə start götürən Avropa çempionatı haqda danışıb:

"Avropa çempionatı hər zaman bizim üçün vacib yarış sayılıb. Gimnastlarımız mötəbər yarışa hazırdır. Əsas məqsəd ölkəmizi layiqincə təmsil etməkdir. Yaxşı çıxış edən zaman nəticə də olur.

Qitə birinciliyində individual yarışlarda Marina Durunda, Jalə Piriyeva və Ayşən Bayramova eləcə də qrup hərəkətləri üzrə yığma komandamız mübarizə aparacaq. Avropa çempionatı yuniorlarımız Zöhrə Ağamirova, İlahə Məmmədova, Veronika Qudis üçün böyük sınaq olacaq. Avropa çempionatında hər zaman güclü rəqabət olub. Bu dəfə də belədir.

Son hazırlıqdan sonra deyə bilərəm ki, gimnastlarımız Avropa çempionatına tam hazırdır. Komandamızın yarışda layiqli çıxış edəcəyinə inanırıq. Avropa çempionatında sonra bütün diqqət Bakıda keçiriləcək Dünya Kubokuna yönələcək. Bundan sonra isə idmançılarımızı Brazıliyada baş tutacaq Yay Olimpiya Oyunları gözləyir".

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.