18 may 2016 12:45

Akrobatika Gimnastikası üzrə Azərbaycan və Bakı Birinciliyi keçiriləcək

20 və 21 may tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində Akrobatika Gimnastikası üzrə Azərbaycan və Bakı Birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, 56 akrobatın iştirak edəcəyi yarışlarda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” Idman Klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunacaq.

İki günlük yarışlarda qadın cütlükləri (uşaqlar - 2000-2007), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər; yeniyetmələr – 1998-2006), qarışıq cütlüklər (gənclər – 1997-2005; balacalar- 2002-2010), qadın qrupları (yeniyetmələr - 1998-2006; uşaqlar - 2000-2007; balacalar - 2002-2010) və kişi qrupları (balacalar - 2002-2010) medallar uğrunda mübarizə aparacaqlar.

Turnir zamanı Dünya Yaş Qrupları Yarışlarının gümüş medalçıları Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük və kişi cütlüyü Seymur Cəfərov-Murad Əkpərov heyranedici çıxışları ilə yarışlar ərzində tamaşaçıları həyəcanda saxlayacaqlar.

Yarışların sonunda yeni başlayan gənc akrobatlar öz nümunəvi çıxışlarını nümayiş etdirəcəklər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.