14 may 2016 20:30

Jalə Piriyeva Marina Durundanı üstələyərək Azərbaycan çempionu oldu

Bədii Gimnastika üzrə yığma komandanın üzvü Jalə Piriyeva ölkə çempionluğu uğrunda mübarizədə komandanın lideri Marina Durundanı geridə qoyaraq Azərbaycan Çempionu titulunu qazanıb. Azerisport.az xəbər verir ki, dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş Jalə, mayın 13-də çoxnövçülükdə 73.517 xal toplayaraq böyüklər arasında ilk dəfə olaraq ölkə çempionu adına layiq görüldü. Marina Durunda 72.900 xalla yarışların gümüş, Gülsüm Şəfizadə isə 69.200 xalla bürünc medalına sahib olub.

Yarışların ilk günündə, həmçinin gənclər öz aralarında çoxnövçülükdə mükafatçıları müəyyən ediblər. Zöhrə Ağamirova rəqiblərini qabaqlayaraq qalib, İlahə Məmmədova və Dərya Farşbafşəhriyari isə müvafiq olaraq ikinci və üçüncü olublar.

Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı yarışları ilə birgə keçirilən Batut və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyinin müəyyən yaş qrupları üzrə artıq qalibləri bəlli olub. Mayın 12-də keçirilmiş tamblinq üzrə yarışlarda qaliblər dörd yaş qrupu üzrə mükafatlandırılıblar. Kişilər arasında Mixail Malkin (böyüklər), Fərid Mustafayev (gənclər), Adil Hacızadə (yeniyetmələr), Məhəmmədəli Camalov (balacalar), qadınlar arasında isə Zeynəb Qasımlı (yeniyetmələr) və Aliyə İsmayılova (balacalar) qalib adını qazanıblar.

Mayın 13-də, batut gimnastikası üzrə yarışlarda isə kişi gimnastlar 3 yaş qrupunda mübarizə aparıblar. Böyüklər yaş kateqoriyasında yığma komandanın lideri İlya Qrişunin bu il də Azərbaycan Çempionu titulunu qazanıb. Onun komanda yoldaşları Oleq Piunov və Dmitriy Fedorovskiy isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Üç günlük yarışlar gimnastların rəngarəng çıxışlarından ibarət Qala–konsertlə yekunlaşacaq.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.