11 may 2016 13:30

Bədii gimnastlarla batutçular milli yarışlarda

12-14 may tarixlərində bədii gimnastika və batut gimnastikası həvəskarları Milli Gimnastika Arenasına (MGA) toplaşacaqlar. Azerisport.az xəbər verir ki, yarışın ilk günü Bakı Gimnastika Məktəbinin 20 gimnastı Batut və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi çərçivəsində akrobatika cığırı üzərində öz çıxışlarını nümayiş etdirəcəklər. Artıq 14-cü dəfə baş tutacaq tamblinq üzrə yarışlarda qaliblər dörd yaş kateqoriyasında müəyyənləşəcək (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər, gənclər – 2000-2002; yeniyetmələr – 2003-2006; balacalar – 2007 və daha kiçiklər).

13-14 may tarixlərində  isə çempionat və birinciliyə batutçular və bədii gimnastlar qatılacaq. Ölkədə ikinci dəfə təşkil olunacaq batut gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən 28 gimnast (18 kişi və 10 qadın) iştirak edəcək. Kişi batutçular dörd (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr – 2003-2006; uşaqlar - 2006-2007-ci il təvəllüdlü; kiçiklər - 2008-2010), qadın gimnastlar isə 3 yaş kateqoriyasında (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr – 2003-2006; kiçiklər – 2008-2010) medallar uğrunda mübarizə aparacaqlar.

Gimnastikanın ən zərif növünə gəldikdə isə, Bədii Gimnastika üzrə 23-cü Azərbaycan Çempionatında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Spartak”, “Sərhədçi”, o cümlədən  Gəncə və Kürdəmiri təmsil edən 21 gimnast, həm böyüklər (2000-ci il təvəllüdlülər və daha böyüklər), həm də yeniyetmələr proqramı ilə çıxış edəcək. Böyük gimnastlar çoxnövçülükdə (halqa, top, gürzlər, lent), yeniyetmələr isə həmçinin ayrı-ayrı növlər üzrə finallarda (ip, halqa, top, gürzlər) medallar uğrunda öz güclərini sınayacaqlar. Hazırki yarış ölkə çempionatı reqlamentində qeyd olunan yaş kateqoriyalarında iştirakçı sayının artması ilə fərqlənir. Bu da  bədii gimnastikaya olan marağın və yüksək inkişaf səviyyəsinin göstəricisidir. 

Yarış ərzində tamaşaçıları Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışların bürünc medalçısı İlya Qrişunin, Avropa Çempionatının ikili mini batut üzərində bürünc mükafatçısı Dmitriy Fedorovskiy, Avropa Oyunlarının bədii gimnastika üzrə yarışlarının gümüş medalçısı, qarşıdakı Rio-2016 Olimpiya Oyunlarının iştirakçısı Marina Durundanın həyacanlı çıxışları, o cümlədən qrup hərəkətləri komandalarının nümunəvi çıxışları, müsabiqələr və ruhlandırıcı fleş-moblar gözləyir.

Sonda baş tutacaq ənənəvi Qala–konsertdə gimnastlar xalçanı idman, incəsənət və rəqs dünyasının harmoniyasını özündə əks etdirən çıxışlarla bəzəyəcəklər. 

Tamblinq üzrə birgə yarış (12 may) MGA-nın köməkçi zalında təşkil ediləcək və giriş sərbəst olacaqdır.

MGA-nın əsas arenasında baş tutacaq bədii gimnastika və batut üzrə birgə yarışlara (13-14 may) biletləri MGA-nın kassasından, həmçinin “Bazarstore” supermarketlərindən (Xətai, “28 mall”) əldə etmək olar. 

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.