4 aprel 2016 12:45

Gimnastımız AÇ-nin bürünc medalını qazandı

31 mart – 3 aprel tarixlərində İspaniyanın Valyadolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 25-ci Avropa Çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Dmitri Fedorovski və Sabina Zaytseva, tamblinq üzrə turnirdə Mixail Malkin və ikili mini batut üzrə yarışlarda Dmitri Fedorovski təmsil ediblər.

İkili mini batut üzrə yarışlarda debüt çıxışımız ölkəyə bürünc medal gətirib. Hakimlərdən 74.100 xal toplayan Fedorovski fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 1-ci və 2-ci yerləri isə Rusiya idmançıları öz aralarında bölüşdürüblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Azərbaycanın batut gimnastikası üzrə təmsilçiləri ilk dəfə olaraq həm fərdi, həm də sinxron çıxışlarda finala – Avropanın 8 güclü gimnastları sırasına daxil ola biliblər. Nəticədə, Oleq Piunov özünün ən yaxşı çıxışını (57.525) nümayiş etdirərək, fərdi çıxış proqramı üzrə yarışlarda 5-ci yeri qazanıb. Oleq sinxron cütlük tərkibində İlya Qrişuninlə birlikdə 7-ci yerdə qərarlaşıblar.

Mixail Malkin də ilk dəfə olaraq Avropa Çempionatında tamblinq üzrə yarışlarda finala vəsiqə qazanaraq, 8-ci olub.

Sonda, bağlanış mərasimində,  batut gimnastikası üzrə növbəti - 26-cı Avropa Çempionatının 2018-ci ildə Bakıda keçiriləcəyindən, Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Azərbaycana təqdim olunub. Bayrağı UEG-nin Vitse-prezidenti kimi səlahiyyətləri çərçivəsində hazırki çempionatın Apellyasiya Kollegiyasının Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov qəbul edib.

Azərbaycanda batut gimnastikasının 2013-cü ilin sonundan inkişaf etməsinə baxmayaraq, ölkəmiz artıq cari ilin 5-6 mart tarixlərində Bakıda batut gimnastikası üzrə Dünya Kubokunu uğurla təşkil edib.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.