8 mart 2016 11:00

Avropa Qran Prisinə biletlərin satıldığı ilk məntəqənin açılışı oldu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Park Bulvar ticarət mərkəzində bu ilin yayında Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisi yarışına biletlərin satıldığı ilk məntəqənin açılışını edib. Azerisport.az xəbər verir ki, ticarət mərkəzinin birinci mərtəbəsində əsas giriş tərəfdə yerləşən məntəqə yarışa bilet almaq istəyənlərə həftənin hər günü, hələlik saat 10:00-dan 22:00-dək xidmət göstərəcək. Bu saatların gələcəkdə mövcud vəziyyətə görə dəyişdirilməsi nəzərdə tutulub. Bununla yanaşı yaxın günlərdə əlavə bir neçə bilet satışı məntəqəsinin açılışı gözlənilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bilet satışı məntəqələrinin fəaliyyətə başlamasına belə münasibət bildirdi: “Biz yerli Formula 1 həvəskarlarına Avropa Qran Prisinə bilet almanı asanlaşdırmaq üçün bu məntəqəni açdıq. Yerli tamaşaçılar onlar üçün təklif olunan imtiyazlı biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi vebsaytı vasitəsi ilə yanaşı buradan da əldə edə bilərlər. Məhdud sayda bilet var. Biz hamını bilet almağa dəvət edirik. Bu işdə tələssinlər, sonraya bilet qalmaya bilər.” 

Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşlarına və Azərbaycanda məskunlaşmış xarici ölkə vətəndaşlarına biletlər 20-40 %-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs imtiyazlı biletlərdən ən çoxu 4-nü ala bilər. İmtiyazlı biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar Formula 1 yarışı ilə yanaşı keçirilən GP2 seriya yarışlarını izləmək və dənizkənarı bulvar ərazisində salınacaq Formula 1 şəhərciyinə giriş imkanı əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.