7 mart 2016 12:00

Batut gimnastikası üzrə Bakıda keçirilən Dünya Kuboku başa çatdı

Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi batut gimnastikası üzrə Dünya Kuboku Bakıda sona çatdı. Azerisport.az xəbər verir ki, təsnifat mərhələləri kimi, finallar da Milli Gimnastika Arenasında yaradılmış çox səmimi ab-havada keçdi.

Yüksək təşkilatçılıq təkcə yarışların rəvan keçməsinə deyil, həmçinin bu bazar günü zalı dolduran gimnastika azarkeşlərinin xoş istirahətinə səbəb oldu.

Kişilər arasında fərdi çıxış proqramında qalib adına Olimpiya Oyunlarının gümüş medalçısı, Rusiya idmançısı Dmitriy Uşakov layiq görüldü. O, həmçinin sinxron cütlüklər  arasında Nikita Fedorenko ilə birlikdə qızıl medal sahibi oldu. Fərdi çıxış proqramında "gümüş" və "bürünc" müvafiq olaraq Vladislav Qonçarov  (Belarus) və Dieqo Qonçinyonun (Portuqaliya) hesabına yazıldı. Bu iki idmançı öz tərəfdaşları ilə birgə (Belarusdan Nikolay Kazak və Portuqaliyadan Diyeqo Abreu) sinxron çıxış proqramı üzrə də nəticələrini təkrar etdilər.

Qadınlar arasında fərdi çıxış proqramının finalında “qızıl” və “gümüş” Belarusdan olan gimnastların (Hanna Harçonak və Tatyana Petrenya) hesabına yazıldı. Böyük Britaniya təmsilçisi Ketrin Driskol isə fəxri kürsünün 3-cü pilləsinə yüksəldi.

Sinxron çıxış proqramında ilk üçlüyə Belarusdan olan cütlük (Hanna Harçonak və Tatyana Petrenya) başçılıq edir. Onların ardınca isə Ukrayna (Natalya Moskvina və Marina Kiyko) və Rusiyadan (Yana Pavlova və Viktoriya Voronina) olan cütlüklər gəlir.

Azərbaycan yığma komandasının (kişilər - İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov; qadınlar Svetlana Makştarova və Sabina Zaytseva) çıxışları tamaşaçılar tərəfindən xüsusi hərarətlə qarşılandı. Azərbaycan ilk dəfə ölkəmizdə cəmi iki ildir ki inkişaf edən batut gimnastikası üzrə yarışların üç final mərhələsində təmsil olundu. Finalda ən yaxşı nəticəni sinxron cütlük Dmitriy Fedorovskiy və Ruslan Ağamirov göstərdi. Onlar medalın bir addımlığında qərarlaşdılar (4-cü yer).

Yüksək təşkilatçılıq səviyyəsi, idmançıların əməyi, könüllülərin səmimiyyəti və ümumiyyətlə bizim doğma şəhərin qonaqpərvərliyi sayəsində Bakıda keçirilən növbəti gimnastika bayramı baş tutdu.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.