6 mart 2016 16:00

Səfir: ABŞ-dakı gimnastika arenaları Bakıdakı ilə müqayisə oluna bilməz

"Amerikalı gimnastlar mənə dedilər ki, ABŞ-da heç bir gimnastika arenası Bakıdakı ilə müqayisə edilə bilməz". Azerisport.az xəbər verir ki, bunu Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda Amerika nümayəndə heyətinin üzvləri ilə görüşən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, gimnastika yarışlarını ilk dəfədir arenadan izləyir: "Mən bu idman növünü hələ öyrənirəm. Uzun illər əvvəl televizorda gimnastikaya baxmışdım, lakin yarışlara canlı baxmaq tamamilə başqa hissdir. Bu idman növünün azarkeşinə çevrildiyimi hiss edirəm. Ümumiyyətlə, işimin ən əsas xüsusiyyətlərindən biri özüm üçün kəşf etmək və daha əvvəl etmədiyim şeyləri etməkdir. Azərbaycanda idmanın real həyatda nə qədər vacib olduğunu I Avropa Oyunlarında gördüm və indi də görürəm".

Səfir azərbaycanlıların, könüllülərin, gənclərin öz ölkələrini necə təmsil etmələrindən və bu zaman hansı iftixar hissi keçirmələrindən olduqca valeh olduğunu və bu barədə hətta Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə danışdığını qeyd edib.

R.Sekuta ABŞ idmançıları və nümayəndə heyəti üzvlərinin Bakıda keçirilən Dünya Kuboku ilə bağlı təəssüratlarını bölüşüb: "Onlar mənə dedilər ki, daha əvvəl heç bir yerdə belə arena görməyiblər. Arena xüsusi olaraq gimnastlar üçün tikilib. ABŞ-da çox arena var, hətta kiçik şəhərlərdə kiçik arenalar mövcuddur, lakin onların hamısı Bakıdakı ilə müqayisə edilə bilməz. Nümayəndə heyətimiz, həmçinin yarışların təşkilindən olduqca razıdır. Onlar məlumat verdilər ki, Dünya Kuboku mərhələsində özlərini dünya çempionatı kimi daha iri yarışlardakı kimi hiss edirlər". (Trend)

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.