29 fevral 2016 16:15

Havada pərvazlanan gimnastlar Bakıdadır!

Uğurla keçən idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunun ardınca Bakı artıq yeni gimnastika bayramına hazırlaşır. Azerisport.az xəbər verir ki, qarşıdan gələn həftə sonunda möhtəşəm Milli Gimnastika Arenası öz qapılarını 18 ölkəni təmsil edən batutçuların üzünə səmimiyyətlə açacaq. İştirakçı coğrafiyasını ABŞ-dan tutmuş Avstraliyaya kimi hər iki yarımkürəni əhatə edən yarışlarda “havada pərvazlanan” gimnastlar həm fərdi, həm də sinxron çıxış proqramı üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. 

Yeri gəlmişkən, Abşeron yarımadasına ilk qədəmi məhz ada qitəsinin idmançıları atacaq. İqlimə uyğunlaşma və Kuboka planlı surətdə hazırlaşma məqsədilə, yaşıl qitənin idmançılarının ölkəmizə gəlişi martın 1-nə təyin olunub. Lakin bunu türkdilli ölkələr Qazaxıstan və Özbəkistanın komandalarına şamil etmək olmaz, çünki bu ölkələrin batutçuları artıq çoxdan təlim-məşq toplanışı üçün əlverişli şəraiti olan Bakı arenasının təəssüratı altındadır. 

Şəhərimizə təşrif buyuran ən çoxsaylı nümayəndə heyətləri isə Slavyan yığmalarının triosu – Rusiya (14 nəfər), Belarus və Ukrayna (hər bir komanda 12 nəfərdən ibarət olmaqla) və həmçinin ABŞ-dır (11).

Bakı Kuboku dünya gimnastika təqvimində mühüm tədbirdir. Məhz bu səbəbdən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz texniki nümayəndəsini Azərbaycana ezam edəcək. Bu, dəfələrlə Avropa və Dünya Çempionu Dmitriy Polyaruşdur (Belorus). Yeri gəlmişkən, o, 4 vintlə geriyə ikiqat salto icra edən ilk idmançıdır. O cümlədən, yarışların gedişatını FIG-nin batut gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti Horst Kunze dəyərləndirəcək.

Onun Avropa İttifaqından olan keçmiş həmkarı, hazırda isə qitənin Gimnastika İttifaqının İcraiyyə Komitəsinin üzvü Danimarkadan olan Erik Mogensen Kubokun uğurlu təşkilinə inanır. “Bunu aydın şəkildə, idman gimnastikası üzrə analoji Dünya Kuboku mərhələsinin uğurla keçirilməsi göstərir”. Azərbaycan Gimnastika Federasiyası (AGF) gənc, enerjili və yaradıcıdır və düşünürəm ki, hər şey yaxşı olacaq!”, deyə, o bildirib.

AGF-in Baş katibi Fərid Qayıbovun sözlərinə görə, turnirin keçirilməsi üçün artıq hər şey hazırdır – arena, idmançılar və bütün xidmət sahələri. “Yenidən azarkeşləri tribunaları doldurmağa və batutçularımızı dəstəkləməyə çağırıram. Əminəm ki, onlar layiqli nəticə göstərəcəklər və ölkəmizdəki növbəti gimnastika bayramı hələ uzun müddət idman azarkeşlərinin yadında qalacaq”, deyə, o qeyd edib.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.