18 fevral 2016 20:15

Dünya Kubokuna gəlmiş nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin görüşü keçirilib

18 fevral tarixində Bakıda idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin istiqamətləndirici iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov nümayəndə heyətlərinin üzvlərini salamlayaraq, onlara yarışlarda uğurlar arzulayıb və ölkələrin iştirakını yoxlamaq məqsədilə siyahıya nəzər salıb.

A.Həsənov salamlama çıxışında qeyd edib ki, bu, Bakıda idman gimnastikası üzrə ilk Dünya Kubokudur, belə ki, bu vaxtda qədər bu növ yarışlar bədii gimnastika üzrə keçirilib.

Həmçinin, görüş zamanı FIG-nin (Beynəlxalq Gimnastika Federasiyası) Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti Nelli Kim və FIG-nin Kişi İdman Gimnastikası üzrə Texniki Komitəsinin üzvü Holqer Albrext çıxış etdilər. Onlar yarışlara hazırlığın yüksək səviyyədə olduğunu vurğuladılar.

N.Kim qeyd edib ki, növbəti ildən idman gimnastikası üzrə Dünya Kubokunun növbəti mərhələləri Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq və Bakı həmin yarışların keçirilmə məkanlarından birinə çevrilə bilər. Burada bütün lazımi şərait və obyektlər Olimpiya standartlarına uyğun gəlir. (Trend)

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.