16 fevral 2016 14:20

Bakı idman gimnastikası üzrə dünya kubokuna hazırdır!

Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunun ilk mərhələsinin başlanmasına artıq sayılı günlər qalıb. Azerisport.az xəbər verir ki, Milli Gimnastika Arenası (MGA) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) müvafiq xidmət sahələri 18 ölkədən olan iştrakçıları qəbul etməyə hazırlaşarkən, Azərbaycan paytaxtına ilk təşrif buyuracaq yığma komandalar məlum olub.

Dünya Kuboku mərhələsinin yarışlarında tam hüquqla iştirak etmək üçün İsveç və Yaponiya komandaları artıq 16 fevral tarixində akkreditasiyadan keçəcəklər. Lakin skandinavları və Gündoğan ölkənin nümayəndələrini, bu birincilikdə turnirin başlanmasından xeyli əvvəl Bakıya təlim-məşq toplanışına gələn Özbəkistan və İsrail yığma komandaları qabaqlayıb.

Dünya Kuboku – ümumdünya gimnastika təqvimində mühüm hadisələrdən biridir, buna görə də Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz nümayəndəsini – Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edəcək. O, alman dəqiqliyi ilə yarışların gedişatını izləyəcək və bu subyektiv idman növündə hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti və Olimpiya Çempionu Nelli Kim (Belarus) də səfər edəcək.

Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.

Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbovun sözlərinə görə, turnirin ən yüksək təşkilatçılıq səviyyəsində keçməsi gözlənilir: “Bizdə, hava limanında qarşılamadan tutmuş son mükafatlandırmaya qədər, artıq hər şey hazırdır. Ümid edirəm ki, bizim komanda Kubok ərzində nizamlı surətdə çalışacaq və hamı xoş təəssüratlarla geri dönəcək. Bizim idmançıların iştirakına gəldikdə isə, əminəm ki, həm kişi, həm də qadın yığma komandası idman gimnastikası həvəskarlarını öz çıxışları ilə sevindirəcək. Mən, həmçinin bütün azarkeşləri 19-21 fevral tarixlərində MGA-nın tribunalarını doldurmağa, öz iştrakçılarımızı dəstəkləməyə və bizmlə birgə bu idman bayramını yaşamağa çağırıram!”

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.