14 fevral 2016 13:20

"İdmanda heç kimi zəif hesab etmək olmaz"

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Özbəkistandan olan qadın idman gimnastikası üzrə məşqçi Lyudmila Li ilə müsahibə aparıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Lyudmila, bu sizin bizim ölkəyə ilk səfərinizdir?
- Bəli, bu mənim gözəl Azərbaycan diyarına ilk səfərimdir. Ölkəniz haqqında yalnız xoş təəssüratlarım var. Paytaxtınız Bakıya heyran oldum. Doğrudur, şəhəri gəzmək üçün çox vaxtımız olmayıb, lakin hava limanından arenaya gələrkən yolda maraqlı quruluşlu binalar gördüm. Həmçinin, beynəlxalq standartlara cavab verən Olimpiya səviyyəli bazanız heyrətləndirir.

- Məşqləriniz necə keçir?
- Biz gərgin rejimdə məşq edirik, çünki bu dünya kubokundan yüksək nəticələr gözləyirik. Çox ümid edirik ki, qarşıya qoyulmuş məqsədlərə nail olacağıq.

- Arenada yaradılmış şərait sizi qane edirmi?
- Burada çox yaxşı şərait var və bizi tamamilə qane edir. Şikayətlənmək üçün səbəbimiz yoxdur (gülümsəyir). 

- Lyudmila, bizə özünüzlə gətirdiyiniz gimnast haqqında danışa bilərsinizmi?
- Buraya gimnast Dilnoza Abdusalimova ilə gəlmişəm. Onun 21 yaşı var. Dilnoza Antverpen (2013), Nanninq (2014) və Qlazqoda (2015) keçirilən dünya çempionatları kimi bir çox mühüm yarışda, eləcə də 2014-cü ildə Asiya Oyunlarında iştirak edib. Onun son nailiyyətlərindən biri ötən il keçirilən Ümumdünya Universiada və Asiya Oyunlarında 4-cü yerə layiq görülməsidir. Təəssüflər olsun ki, biz ilk üçlüyə düşə bilmədik. Bu, bizi çox məyus etdi. Odur ki, daha çox çalışmalıyıq. Bilirsiniz ki, bizim regionda – Asiyada çox güclü gimnastlar var və təbii kimi rəqabət də yüksəkdir. Çoxnövçülükdə isə, o, iki Çin və iki Yaponiya idmançılarından sonra beşinci yerdə qərarlaşdı.

- Bakıda keçirilən kubokdan hansı nəticələri gözləyirsiniz?
- Hazırda məşq prosesimiz bir qədər fərqlidir. Dilnozanın bu dəfə başqa hədəfi var. O, Oksana Çusovitinadan sonra ölkənin ikinci gimnastı olduğuna görə, çoxnövçülük proqramı üzrə hazırlaşmalıdır. Bizim üçün indi ən əsası çətinlik dəyərindən daha çox sabitlik önəmlidir. “Challenge” seriyasına aid dünya kubokunun qarşıya qoyduğu vəzifələrlə üst-üstə düşməsə də, ümid edirəm ki, mübarizə apararaq finala vəsiqə qazanacağıq.

- Qarşıdakı yarışlarda özünüzə əsas rəqib kimi görürsünüz?
- Bilirsinizmi, idmanda heç kimi zəif hesab etmək olmaz. Mən hər zaman hamını öz rəqibim olaraq görürəm.

- Son olaraq gələcək planlarınız haqda eşitmək istərdik.
- Yaxın gələcək üçün bizim ən başlıca məqsədimiz Rio-de-Janeyroda baş tutacaq Olimpiya Oyunlarıdır. İstərdim ki, yalnız öz gimnastlarımıza deyil, həmçinin bütün idmançılara bu ilin əsas yarışlarına hazırlıq prosesi və çıxışlarında uğurlar arzulayım.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.