14 fevral 2016 00:45

Şaulov: Bakıdakı dünya kubokunun iştirakçı heyəti heyrətləndirir

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Özbəkistan məşqçisi Konstantin Şaulovla müsahibə aparıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Konstantin, bu sizin Bakıya ilk səfərinizdir?
- Sizin şəhərə ilk dəfə neçə illər bundan əvvəl, keçən əsrin 70-ci illərinin sonunda səfər etmişəm. O zamanlar Bakı tamam başqa idi, indi isə daha çox Avropa şəhərlərinə bənzəyir. Şəhər çox dəyişib.

- Məşqləriniz necə keçir? Milli Gimnastika Arenasında yaradılmış şəraitdən razısınızmı?
- Çox ölkəyə səfər etmişəm. Rusiyada da buna bənzər bir zal var, lakin burada hər şey, sadəcə, çox gözəl qurulub. Birincisi, arena çox genişdir və burada rahat mehmanxana var. Təkrarən qeyd edim ki, bura çox gözəldir. Məşqlərimiz də çox yaxşı keçir. Hazırda idmanın Olimpiya növləri üzrə hazırlıq mərhələsindəyik və diqqətimiz əsasən Olimpiya Oyunları öncəsi Rio-de-Janeyroda təşkil olunacaq test turnirinə yönəlib. Yeni ildən əvvəl bir qədər istirahət etdik, indi isə bərpa prosesindəyik.

- Məşqçilik fəaliyyəti ilə nə vaxtdan məşğulsunuz?
- Artıq 1981-ci ildən məşqçi kimi fəaliyyət göstərirəm. Əvvəlcədən, təxminən 16 il qadın idman gimnastikası üzrə məşqçi kimi çalışmışam, sonra isə kişi komandasının heyətinə keçmişəm. Doğrudur, bir müddət məşqçilik fəaliyyətindən ayrıldım, lakin 5 il sonra kiçik oğluma görə yenidən qayıtmaq qərarına gəldim. Hazırda isə sizin ölkədə keçirilən dünya kubokuna onunla qatılmışam.

- Yeri gəlmişkən, bizə oğlunuz Eduard Şaulovun əldə etdiyi nailiyyətlərdən eşitmək maraqlı olardı...
- Eduardın bu il 23 yaşı tamam olacaq. Oğlum Portuqaliyada keçirilmiş dünya kuboku mərhələsinin gimnastika atı üzərində hərəkətlərdə bürünc medalçısıdır. O həmçinin, Asiya çempionatında sərbəst hərəkətlərdə 3-cü yerə layiq görülüb. Eduard, sizin gimnastlar – Oleq Stepko və Petro Paxnyukla birgə dünya çempionatında çıxış edib.

- Bakıda keçirilən dünya kubokundan hansı nəticələri gözləyirsiniz?
- Bakıya bir çox məşhur gimnastlar gələcək. Yaponiya komandasının heyətindəki dünya çempionlarını, Aleksandr Şatilovun lideri olduğu İsrail komandasını qeyd etsəm, kifayətdir. Buraya Braziliya, ispan və alman idmançılarını əlavə etdikdə isə sizin sualınızın cavabı lap tamamlanır.

- Özbəkistanda idman gimnastikasının hazırkı inkişafı haqda nə deyə bilərsiniz?
- Bilirsinizmi, bizim məşqlər üçün çox yaxşı və böyük zalımız var, lakin məşqçilər çatışmır. Gimnastika ilə məşğul olmaq istəyənlərin sayı olduqca çoxdur, xüsusilə də milli komandaya ilkin hazırlıq mərhələsinə qədər idmançılar kifayət qədərdir.

- Özbəkistanın iki gimnastı Olimpiya Oyunları öncəsi Rioda keçiriləcək test turnirində iştirak etmək hüququ əldə edib...
- Bəli, doğrudur. Test turnirində iştirak edəcək gimnastlarımızdan biri kişi, digəri isə qadındır. Kimin lisenziya qazanmasından asılı olmayaraq, Olimpiya Oyunlarında ölkəni hansı idmançının təmsil edəcəyinə Özbəkistan Gimnastika Federasiyası qərar verəcək. Hələlik isə, federasiya kişi idman gimnastikası üzrə test turnirində Anton Fokinin iştirak edəcəyinə qərar verib. (AGF)

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.