14 fevral 2016 00:25

Fərid Qayıbov: Tamaşaçılar Oleq Stepkodan medallar gözləyir

Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov Bakıda ilk dəfə keçiriləcək İdman Gimnastikası üzrə Dünya FIG “Challenge” Kuboku haqda danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

“İdman gimnastikası üzrə dünya FIG “Challenge” Kubokunun Azərbaycanda keçirilməsi haqqında qərar, ölkə gimnastlarının Bakının ev sahibliyi etdiyi İlk Avropa Oyunlarında uğurlu çıxışları sayəsində qəbul edildi".

Avropa Gimnastika İttifaqının vitse-prezidenti xatırladıb ki, Bakı 2015 İlk Avropa Oyunları zamanı gimnast Oleq Stepko Oyunların beş medalını qazanmış yeganə Azərbaycan idmançısı olmuşdur. Daha bir medalı isə o, komanda hesabında əldə etmişdir. “Bununla da, idmanın bu növü ölkəmizdə daha da populyarlaşdı və Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi tərəfindən idman gimnastikası üzrə Dünya Kubokunu keçirmək qərara alındı. Fevralın 19-da başlayacaq yarışlar idmanın bu növü üzrə Azərbaycanda ilk Kubok olacaq: biz indiyədək belə yarışları yalnız bədii gimnastika üzrə keçirmişdik. Bundan başqa, bu Dünya Kuboku həmin turnirlərin mövsümünü açır”, - deyə F.Qayıbov bildirib.

Avropa Gimnastika İttifaqının Vitse-prezidentinin sözlərinə görə, Kubokun medalları uğrunda 19 ölkədən olan idmançılar yarışacaq ki, bu da belə növ yarışlar üçün əhəmiyyətli rəqəmdir. Bununla belə, F. Qayıbov qeyd edib ki, arzu edənlərin hamısı Bakıya gələ bilməyəcək: “Bu il ağır olacaq, çünki avqustda Rio-de-Janeyroda Olimpiya Oyunları baş tutacaq. Bundan başqa, apreldə Olimpiya Oyunları ərəfəsində Test Turniri keçiriləcək, may ayında isə Avropa Çempionatı olacaq. Məsələ burasındadır ki, gimnastika növləri üçün ayırılmış lisenziyalarım hamısı hələ oynanılmayıb və idmançılaın bir qismi apreldə Rioda baş tutacaq Test Turnirində Olimpiadada iştirak etmək hüququnu qazanmağa çalışacaq. Digər tərəfdən, fevral ayı mövsümün başlanğıcıdır və hələ hamı ona hazır deyil”.

“Biz ilk dəfədir ki, belə yarışlar keçiririk. Lakin, görünür daha əvvəl Azərbaycanda təşkil etdiyimiz yarışlar, xüsusilə 1-ci Avropa Oyunları bizi daha da populyar etdi. Nəticədə ölkəmizə Yaponiyadan olan iki məşhur idmançı gələcək – Dünya Çempionları, üstəlik, onlardan biri üçqat Dünya Çempionu Kenzo Siraidir. Avropa ölkələri ilə yanaşı, Braziliya, Kanada və digər qitələrdən olan gimnastlar da Azərbaycana gələcəklər”, - deyə, F.Qayıbov bildirdi.

Avropa Gimnastika İttifaqının vitse-prezidenti vurğulayıb: “Hesab edirəm ki, tamaşaçılarımız üçün bu yarışlar olduqca maraqlı keçəcək. Yarışlarda həm kişi, həm də qadın idman gimnastikasının tanınmış nümayəndələrini görmək mümkün olacaq”.

Azərbaycan yığmasının bu yarışlarla bağlı planlarından danışan F.Qayıbov ilk növbədə O.Stepkonun adını çəkib. “O, ötən il Dünya Çempionatında parallel qollar üzərində hərəkətlərdə medal qazandı və onun İlk Avropa Oyunlarındakı nailiyyətindən sonra bu nəticəni qoruyub saxlamaq lazımdır. Buna görə də əlbəttə ki, biz ona güvənirik, tamaşaçılar ondan medallar gözləyir”, - o, dedi.

“O.Stepkonun komanda yoldaşı Petro Paxnyukun da layiqli çıxış nümayiş etdirməyə çalışacağını bildirdi. O da kifayət qədər güclü idmançıdır və bu turnirə hazırlaşır. Oleq

Stepkonun artıq Olimpiya Oyunlarına lisenziyası var, Petro isə lisenziya uğrunda apreldəki Test Turnirində mübarizə aparacaq”, - deyə, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi əlavə edib.

F.Qayıbov həmçinin, Azərbaycan Gimnastika Federasiyasının yaxın bir neçə il ərzində keçirmək niyyətində olduğu yarışlar barədə də danışıb. Belə ki, martın 5 və 6-da Bakıda yenə də ilk dəfə Batut gimnastikası üzrə Dünya Kuboku baş tutacaq. “Biz iki il əvvəl bu idman növünü inkişaf etdirməyə başladıq, lakin artıq İlk Avropa Oyunlarında bir medal qazandıq”, - o, qeyd etdi.

Avropa Gimnastika İttifaqının Vitse-prezidentinin sözlərinə görə, iyulda Olimpiya Oyunları ərəfəsində şəhərimizdə bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək. “Biz 2003-2005-ci illərdə idmanın bu növü üzrə Dünya Kubokunu keçirmişik və həmçinin bu növ üzrə Avropa və Dünya çempionatlarına ev sahibliyi etmişik. Bədii gimnastika olduqca populyardır və yarışlar zamanı zallar dolu olur. Düşünürəm ki, idmanın digər növləri də bu kimi populyarlıq qazanacaq”, - deyə, F.Qayıbov bildirib.

Bundan başqa, yaxın illərdə Azərbaycanda bir sıra yüksək səviyyəli turnirlər keçiriləcək. Yarışlar belə iri-miqyaslı tədbirləri qəbul etməyə imkan verən Milli Gimnastika Arenasında baş tutacaq. F.Qayıbov diqqətə çatdırıb ki, bu yaxınlarda Avropa Gimnastika İttifaqı 2018-ci ildə batut gimnastikası üzrə Avropa Çempionatının keçirilməsini Azərbaycana həvalə edib. “Bundan əvvəl isə Beynəlxalq Gimnastika Federasiyası 2019-cu ilin bədii gimnastika üzrə Dünya Çempionatının Azərbaycanda keçirilməsi barədə qərar vermişdi”, - o, deyib.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku keçən ilin yayında İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında 19-21 fevral tarixlərində keçiriləcək. Kubokda 19 ölkəni təmsil edən 46 kişi və 22 qadın gimnast yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq. Ümumilikdə isə nümayəndə heyətlərinin tərkibində Bakıya 146 nəfər təşrif buyuracaq. İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

“Vestnik Kavkaza”

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.