9 fevral 2016 11:00

Ceksonlar Avropada hələ də məşhurdur

Azərbaycanın bədii gimnastika üzrə 2015-ci ilin gənclərdən ibarət qrup hərəkətləri komandası ötən həftə sonu Danimarkada keçirilən “DGI 2016” beynəlxalq gimnastika şousunda iştirak edib. Azerisport.az xəbər verir ki, əfsanəvi pop kralı Maykl Ceksonun məşhur “Smooth Criminal” mahnısının sədaları altında 5 topla çıxışları ilə Avropada populyarlıq qazandıqdan sonra “Ceksonlar” adlanan qrup təşkilatçılar Danimarkanın gimnastika və idman assosiasiyaları tərəfindən şouya dəvət olunub. “Ceksonlar” Danimarkanın Alborq, Herninq və Farum şəhərlərində tamaşaçıları öz gözəl kompozisiyaları ilə heyran ediblər.

İki ildən bir keçirilən şounun məqsədi Danimarka tamaşaçılarına gimnastika, rəqs və sirk aləmindən olan, müxtəlif ölkələri təmsil edən idmançı və artistlərin dünya səviyyəli çıxışlarını təqdim etməkdir. Bütün bunlar gimnastika, tamblinq, dayaqla tullanma və rəqs elementlərinin kombinasiyasını özündə əks etdirən şou ilə dünya səyahətinə çıxan 28 seçilmiş kişi və qadın gimnastlardan ibarət Danimarkanın Milli Komandasının çıxışları ilə ahəng təşkil edir.

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası ilə yanaşı, İsveç, Kanada, Norveç, Almaniya, Yaponiya, Efiopiya, Cənubi Afrika və Danimarkadan olan artistlər də öz qeyri-adi çıxışları ilə izləyiciləri sevindiriblər.

“Ceksonlar” və onların 5 topla çıxışının hekayəsi, 2015-ci ildə Minskdə (Belarus) keçirilən Avropa Çempionatında Azərbaycanı yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının tərkibində təmsil etmək məqsədilə qızların bir araya gətirilməsi ilə başladı. Avropa Çempionatında bürünc medalın bir addımlığında dayanan qrup ilk olaraq İlahə Məmmədova, Fatimə Cəfərova, Simarə Cəfərova, Darya Sorokina və Züleyxa İsmayılovadan ibarət idi. “DGI 2016” beynəlxalq gimnastika şousunda iştirak edən qrupun tərkibində isə kiçik bir dəyişiklik olmuşdur. Belə ki Züleyxa İsmayılova Zöhrə Ağamirova ilə əvəz olunmuşdur.

Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi Mariana Vasileva tərəfindən qurulmuş kompozisiyanın ən gözəl hissəsi isə rəqs addımlarıdır. Əfsanəvi Maykl Ceksona məxsus olan addımların qızlarımız tərəfindən sinxron icrası Avropada hələ də məşhurdur. Fasilələr zamanı gimnastlar şounun digər iştirakçılarına bu hərəkətləri necə icra etdiklərini həvəslə öyrədirdilər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.