25 yanvar 2016 13:15

Olimpiya Lozannasının mühüm məqamları

“Olimpiya Lozannasında” (İsveçrə) Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclas zamanı ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyeva Avropa idmanının inkişafı və Olimpiya hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordeni ilə təltif olunub.

Bir gün sonra isə, elə həmin “Olimpiya paytaxtında” Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin qərarı ilə 2018-ci ilin batut gimnastikası üzrə Avropa Çempionatının keçirilməsi ilk dəfə olaraq Azərbaycana həvalə edildi.

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və yaradılmış idman infrastrukturu sayəsində Bakı mühüm idman yarışlarının daimi məkanına çevrilmişdir.

Təsadüfi deyil ki, 2016-cı Olimpiya ilinin idman gimnastikası (19-21 fevral) və batut  gimnastikası üzrə (5-6 mart) Dünya Kuboklarının ilk mərhələlərinin iştirakçı karvanı məhz Bakıdan start götürür. 22-24 iyul tarixində, idmançılar və ümumiyyətlə idman azarkeşlərinin Rio-De-Janeyro Olimpiya Oyunlarına qalan günləri həyəcanla saydığı bir vaxtda, şəhərimiz bədii gimnastlara hələ də Dünya Kuboku finalında bütün çıxış proqramını bir daha təkmilləşdirmək fürsəti verəcəkdir.

Azərbaycanda dəfələrlə əhəmiyyətli yarışların keçirildiyi bədii gimnastikadan fərqli olaraq, əsası 2013-cü ilin sonunda qoyulan batut gimnastikası nisbətən yeni gimnastika növüdür. Batutçumuz İlya Qrişuninin İlk Avropa Oyunları çərçivəsində bürünc medal qazandığı yarışlarda tamaşaçılar tərəfindən bu idman növünə olan böyük maraq artıq müşahidə olunurdu. (Federasiyanın rəsmi saytı)

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.