30 noyabr 2015 13:45

Dünya çempionatı gimnastlarımız üçün uğursuz oldu

Gimnastika növləri üzrə ilin son Dünya Çempionatı başa çatmaq üzrədir. Azerisport.az xəbər verir ki, Danimarkanın Odense şəhərinə, həmçinin Rio 2016 Olimpiya Oyunlarına lisenziyaların oynanıldığı batut gimnastikası üzrə yarışlara dünyanın 40 ölkəsinin idmançıları toplaşıblar.

Azərbaycan fərdi və sinxron çıxışlarda həm kişi (İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy, Ruslan Ağamirov), həm də qadın (Svetlana Makshtarova, Sabina Zaytseva) idmançılar arasında təmsil olunub. Tamblinq üzrə yarışlarda isə Mixail Malkin çıxış edib.

Təəssüflər olsun ki, bu çempionatda idmançılarımızın çıxışları bundan əvvəlki iki gimnastika növündən fərqli olaraq, elə də uğurlu olmayıb. Belə növ yarışda bədii gimnastımız Marina Durunda və idman gimnastımız Oleq Stepko Olimpiya Oyunlarına lisenziya qazanıb.

Batutçularımız Azərbaycanda inkişafına 2013-cü ilin sonundan başlamış və bizim üçün yeni olan bu növdə lisenziya qazanmaq fürsətini əldən veriblər. Xatırladaq ki, iyun ayında İlya Qrişunin Bakı 2015 İlk Avropa Oyunlarında bürünc medal qazanaraq, ölkəmizi layiqincə təmsil etmişdi.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.