13 noyabr 2015 12:00

Milli Gimnastika Arenasına turlar təşkil olunacaq

Hörmətli idman və gimnastika həvəskarları!

Əziz dostlar! Hörmətli idman və gimnastika həvəskarları!

Hazırda biz idmana və sağlam həyat tərzinə günü-gündən daha çox diqqət yetiririk. Gimnastika istənilən peşəkar idman növünün, o cümlədən müasir həyatımızın ayrılmaz hissəsinə çevrilmiş fitnesin əsasını təşkil etdiyindən, bütövlükdə idman gimnastikadan başlanır.

Milli Gimnastika Arenasının 2014-cü ilin aprel ayında açılışından etibarən burada keçirilən yerli və iri miqyaslı beynəlxalq yarışları tamaşaçı tribunalarından izlədiyiniz zaman, əminik ki, gimnastika növləri üzrə yığma komanda üzvləri üçün yaradılmış məşq şəraiti, iş qrafiki, arenanın daxilindəki müxtəlif təyinatlı otaqlar və əlbəttə ki, idmançıların çıxışlarında istifadə etdikləri alətlər və idman avadanlıqları ilə bağlı suallarınız yaranıb.            

İndi, Sizin, Beynəlxalq Gimnastika Federasiyasının proqramına daxil olan 7 gimnastika növü üzrə ixtisaslaşmış, dünyanın unikal idman qurğusu olan Milli Gimnastika Arenasına turda iştirak etməklə, bütün bu və digər suallarınıza cavab tapmaq imkanınız var.

Tur hər həftənin şənbə günləri keçirilir. Sizə uyğun vaxtı seçib - 11:00, 12:00 və ya 13:00 - turda iştirak etməklə, özünüzü bir günlük də olsa peşəkar idmançı kimi hiss edəcək və bəlkə də yeni bir idmançı  karyerasının əsasını öz övladınızın simasında qoyacaqsınız.

Tur haqda daha ətraflı məlumatı arenanın internet saytına daxil olmaqla (www.mga.az)  və ya telefonla (+99412 566 96 99) əlaqə saxlamaqla, əldə edə bilərsiniz.

Gimnastika aləminə - gözəllik, zəriflik güc və çeviklik dünyasına xoş gəldiniz!

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.