4 noyabr 2015 00:30

Oleq Stepko: Gimnastika aləmində artıq Azərbaycanla hesablaşmağa başlayıblar

İdman gimnastikası üzrə Qlazqoda keçirilən dünya çempionatında bürünc medal qazanan Oleq Stepko təəssüratlarını azərisport.az-la bölüşüb. İdmançımız Şotlandiyada rəqabətin güclü olduğunu deyib: "Dünya çempionatında rəqabət çox yüksək idi. Hər bir səhv həlledici ola bilərdi. Üstəlik turnir lisenziya xarakteri daşıdığından hər bir idmançı maksimum motivasiya ilə çıxış edirdi. İlk Avropa Oyunlarında əldə etdiyimiz nəticələrdən sonra əsas məqsədimiz Braziliyaya lisenziya qazanmaq idi. Çox xoşbəxtəm ki, məqsədimizə çatdıq".

Dünya çempionatıyla bağlı danışan Stepko finalda birinci çıxış etməsinin çətin olduğunu bildirib: "Finalda birinci mən çıxış etdim. Bu özü də psixoloji baxımından asan deyildi. İlk çıxış etmək hər zaman çətindir. Hər il rəqabət artır. Əgər ötən il Dünya Çempionatında 16 bal toplayan gimnast birinci yeri tuturdusa, bu il artıq ilk üç gimnast 16 bal toplayıb. Gimnastikanın səviyyəsi artır, yüksək hazırlıq səviyyəsini göstərən çoxlu sayda gimnastlar yetişir. Məsələn, götürək çıxışını daha əvvəl yalnız Panamerikan Oyunlarında gördüyüm Kuba təmsilçisini. Artıq o, Dünya Çempionatının ilk üçlüyündədir. Asan olacağını gözləmirdim, çünki bu, Olimpiadaya ən son seçimdir”.

İlk Avropa Oyunlarının beşqat mükafatçısı söylədi ki, Azərbaycanda gimnastikanın bütün növləri sürətlə inkişaf edir: "Azərbaycan gimnastikası dünya səviyyəsinə çıxır və bizdən qorxmağa, bizimlə hesablaşmağa başlayırlar. Bu çox yaxşı hisslərdir. Amma qazandığımız nəticələrlə kifayətlənmək fikrində deyilik. Qarşıda daha böyük yarışlar var, hər bir turnirdə maksimum nəticələr uğrunda çıxış etmək fikrindəyik".

Gimnast vurğulayıb ki, 2016-cı ilin fevralında Bakıda “Challlenge Cup” seriyalı idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək və vəzifələrimdən biri bu yarışa hazırlaşmaqdır: “Bu çox nüfuzlu turnirdir, bizim üçün doğma şəhərdə keçirilən yarış olduğunu da nəzərə almaq lazımdır. Buna görə də hazırda bu turnirə hazırlıq prioritetdir. Bundan başqa, Olimpiadanı unutmamaq olmaz. Bu bizim üçün çox vacibdir və maksimum nəticələr göstərməyə çalışacağıq”.

Gimnastın sözlərinə görə, ümumilikdə ili uğurlu, lakin eyni zamanda çox ağır və gərgin hesab etmək olar: “İl təkcə mənim üçün deyil, həm də bütün gimnastika federasiyası üçün ağır oldu. Əgər federasiya, baş məşqçim olmasa idi, bu nəticələr də olmazdı. Bundan sonra işləməyə və Azərbaycanda gimnastikanın səviyyəsini yüksəltməyə çalışacağıq. 2016-cı ilin əvvəlində bir sıra vacib yarışlar var. Orada iştirak edəndən sonra bütün fikrimiz Yay Olimpiya Oyunlarına yönələcək”.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.