2 noyabr 2015 11:00

Oleq Stepko Azərbaycan idman gimnastikasında ilkə imza atdı

Azərbaycan təmsilçisi Oleq Stepko Bakıda keçirilən 1-ci Avropa Oyunlarının beşqat medalçısı olduqdan sonra Qlazqoda keçirilən Dünya Çempionatında sübut etdi ki, bu heç də təsadüfi olmayıb! Azerisport.az xəbər verir ki, Stepko Azərbaycanın müstəqilliyi tarixində kişi idman gimnastikasında Dünya Çempionatının ilk medalını qazanıb. Parallel qollar üzərində final mərhələsində, o, bürünc medala layiq görülərək, fəxri kürsünü Çin idmançısı Şudi Denq ilə bölüşdürüb.

Finalda Oleq Stepko birinci çıxış etdi. Sirr deyil ki, bu idmançı üçün psixoloji ağır olan bir amildir və bundan əvvəlki iki final mərhələsindəki idmançılar misal olaraq, hər kəs bunun öhdəsindən gələ bilmir. Lakin, o, psixoloji olaraq da qalib gəldi. Hakimlərdən 15,966 xal toplayan Oleq, ona səmimiyyətlə inananların ümidlərini doğrultdu.  Ukrayna gimnastı Oleq Vernyayevin (16.066) qazandığı ikinici yerdən onu cəmi 0.1 xal ayırırdı.

Oleq Stepko Dünya Çempionatının finalında öz sevimli alətindəki çıxışı ilə bir daha sübut etdi ki, o, Rioya birbaşa biletə layiq olan güclü gimnastdır!

Xatırladaq ki, Oleq Dünya Çempionatında hələ çoxnövçülüyün təsnifat mərhələsində həmçinin Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziyaların oynanılacağı, 2016-cı ilin aprel ayında keçiriləcək Test Turnirində Azərbaycandan bir idmançının iştirakını təmin etmişdir. Bu da o deməkdir ki, yenə də Azərbaycanın kişi idman gimnastikasının tarixində ilk dəfə olaraq, Olimpiya Oyunlarında iki idmançı ilə iştirak etmək üçün mübarizə aparmaq şansı var.

Azərbaycanın bütün gimnastika ictimaiyyətini Dünya Çempionatının bürünc medalı, Rioya birbaşa reyslə, həmçinin qarşıda gələn 2016-cı ilin Oyunlarına hələ də lisenziya əldə etmək üçün mübarizə aparmaq hüququ ilə təbrik edirik!

Xatırladaq ki, bu gimnastika təmsilçilərinin Rioya artıq ikinici birbaşa lisenziyasıdır. Birnicisi bədii gimnastika üzrə komandanın lideri Marina Durundaya məxsusdur.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.