19 oktyabr 2015 18:20

Ocaq gimnastlarının payız fəslində medal yağışı

Bu həftə sonu “Ocaq” idman klubunun gənc təmsilçiləri Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq turnirdə ilk dəfə olaraq çıxış etdilər. Azerisport.az xəbər verir ki, Ülkər Hüseynova, Fatimə Əkbərova, Güllü Ağalarzadə, Məryəm Səfərova, Narın Qurbanovadan ibarət yeniyetmə proqramı ilə çıxış edən qrup hərəkətləri komandası 15 qrup arasında yarışların qalibi oldu.

Fərdi proqramda mübarizə aparan gimnastlar qrup komandasından nümunə götürərək Plovdiv Universitetinin idman zalının xalçası üzərində payız fəslinin medal yağışını daha da gücləndirdilər.

İkinci və üçüncü “qızılı” balacalar kateqoriyasına daxil olan Nərmin Bayramova (2005-ci il təvəllüdlü) qazandı. O, çoxnövçülükdə və topla hərəkətlərdə 1-ci yerə layiq görüldü. Elə bu yaş kateqoriyasında medal yağışının gümüş damcısı alətsiz çıxışa görə gimnast Kamilla Əliyevanın (2006-cı il) üzərinə düşdü. Ən gənc təmsilçi Alina Məmmədova (2007-ci il) isə çoxnövçülükdə 9-cu yerlə kifayətləndi.

Sonra fərdi idmançılar arasında bu zərif mübarizəyə daha böyük yaş kateqoriyasına aid olan yeniyetmə gimnastlar qoşuldular. Halqa ilə 1-ci yerə, həm fərdi çıxışda, həm də qrup komandasının tərkibində uğurla öz gücünü sınayan Narın Qurbanova (2003-cü il) layiq görüldü. Alətsiz çıxış isə Fəridə Şəfiyarzadəyə (2004-cü il) bürünc medal gətirdi.

Gənc kateqoriyaya daxil olan gimnast Zöhrə Ağamirova (2001-ci il) ip və halqa ilə hərəkətlərə görə 2 gümüş medal əldə etdi. Onun yaşıdı Ayna Cəfərova isə topla çıxışından sonra altıncı oldu.

“Ocaq” klubunun təmsilçiləri “Ən Yüksək Artistlik Bacarığı” nominasiyasında mükafata da sahib çıxdı. Bü mükafat yarışların təşkilatçıları tərəfindən Eleonora Yusifovaya (2004-cü il) təqdim olundu.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.