28 sentyabr 2015 15:15

Milli Gimnastika Arenası Bakı çempionatı və birinciliyini qəbul etməyə hazırlaşır

Oktyabrın 2-3-də Milli Gimnastika Arenası növbəti turniri – kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyini qəbul edəcək. Azerisport.az xəbər verir ki, kişi idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” İdman Klubu, Respublika Olimpiya İdman Liseyinin gimnastları, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak edəcəklər. Balacalar, uşaqlar və kiçiklər arasında çoxnövçülük üzrə qaliblər müəyyən olunacaq. Çoxnövçülük üzrə final mərhələsi isə böyüklər, gənclər və yeniyetmələr arasında keçiriləcək.

Qadın idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” İdman Klubu və “Neftçı” təmsil olunacaq. Yarışların reqlamentinə əsasən böyüklər, balacalar, uşaqlar və kiçiklər arasında medallar uğrunda mübarizə aparılacaq.

2 gün ərzində tamaşaçıları 1-ci Avropa Oyunlarının beş qat mükafatçısı olan yeganə Azərbaycan idmançısı, həmçinin parallel qollarda qızıl medal sahibi - Oleq Stepko, komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk, 1-ci Avropa Oyunlarının iştirakçıları Marina Nekrasova və Yuliya İnşina, o cümlədən Mariya Smirnovanın valehedici çıxışları gözləyir.

Sözügedən turnir böyük gimnastlar üçün 23 oktyabr – 1 noyabr tarixlərində Qlazqoda (Böyük Britaniya) keçiriləcək Dünya Çempionatı öncəsi sonuncu yarışdır. Bu tamaşaçılar üçün idmançılarımızın ilin əsas yarışında nümayiş etdirəcəkləri təkmilləşdirilmiş proqramı izləməyə unikal fürsət yaradır.

Yarışların gedişatı zamanı müxtəlif müsabiqələrin keçirilməsi tamaşaçıların xüsusi marağına səbəb olacaq.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.